Bərdə rayonunda Qarabağ su kanalından kişi meyiti tapılıb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində baş verib.
Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.
Meyitin Tərtər rayonu Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyevə məxsus olduğu müəyyənləşdirilib.
Meyit sudan çıxarılaraq ekspertizayaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.