İngiltərənin Darem qraflığının Brandon kəndində oğru kərpiclə avtomobilin pəncərəsini sındırmaq istəyərkən özünü yaralayıb.
Hadisə oktyabrın 5-də baş verib. Müşahidə kameralarında oğrunun maşının qapısına kərpic atdığı və kərpicin qayıdaraq üzünə dəydiyi görünür. Ağrıdan qıvrılan oğru əlini üzünə tutaraq ərazidən əliboş uzaqlaşıb.
Avtomobil sahibi videonu öz “Facebook” səhifəsində paylaşmaq qərarına gəlib. Sosial şəbəkə istifadəçiləri arasında məşhurlaşan videoya oğrunun layiq olduğu cavabı aldığı kimi şərhlər gəlib.