Bağdadda Bəhreyn Krallığının səfirliyinə hücum edilib.
“RİA Novosti” xəbər verir ki, polis aksiyada iştirak edən 45 nəfəri saxlayıb.
Bildirilir ki, səfirliyə ABŞ-ın təşkil etdiyi Fələstin məsələsi üzrə görüşdən narazlıq edənlər hücum edib.
Bəhreynin Xarici İşlər Nazirliyi İraqdakı səfiri Salah əl-Malikini geri çağırıb.
Həmin görüşün keçirilməsindən narazı qalanlar İraqdakı Bəhreyn Krallığının səfirliyi ərazisinə daxil olaraq binanın şüşələrini qırıb, sonra Bəhreyn bayrağını çıxardaraq Fələstin bayrağını asıblar.