AFFA Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı paytaxt küçələrində maraqlı kampaniya təşkil edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, İngiltərənin tarixi ilə bağlı məşhur insanların geyimlərində olan personajlar Bakı küçələrini gəzirlər.
Onların arasında “Şerlok Holms”, “Çarli Çaplin”, “Ceyms Bond”, “Kraliça II Elizabet”, “Beatles” qrupu, “Fredi Merkuri” kimi tanınmışlar var.
Yerli sakinlər və turistlər onları maraqla qarşılayıblar.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında iki London komandası “Arsenal” və “Çelsi” qarşılaşacaq.