Sosial şəbəkələrdə Bakı metrosunda siqaret çəkən şəxsin görüntüləri yayılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, həmin şəxs qatarda ardıcıl olaraq bir neçə siqareti çəkib və kötüyünü yerə atıb.
Onun bu davranışı sərnişinlərdən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Məsələ barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, məsələ barədə müvafiq araşdırma başlanıb:
“Qanunvericiliyə əsasən, metro ərazisində siqaret çəkmək qadağandır və cərimə də müəyyənləşib. Sadəcə, hələlik hadisənin nə vaxt və hansı qatarda baş verdiyi məlum deyil. Həmin şəxsin kimliyi metrostansiyalardakı və qatarlardakı kameralar vasitəsilə araşdırılır. O, tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək”.
İlhamə Əbülfət