Baku City Circuit (Bakı Şəhər Halqası) Əməliyyat Şirkəti “Yaşıl Strategiya”ya keçib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə şirkətin Kommunikasiya və Marketinq Departamentinin rəhbəri Nigar Arpadarai deyib.
Yeni strategiyaya əsasən, ekoloji məsələlərə həssaslıqla yanaşılacaq. Bu ildən etibarən “Formula-1” yarışı zamanı plastik əşyalardan istifadə azaldılacaq.
Şirkətin özünün ofisindəki tullantılar isə çeşidlənərək Bakı Autizm Mərkəzinə veriləcək. Autizm Mərkəzi həmin tullantıları müvafiq quruma müəyyən pul müqabilində satacaq. Oradan əldə olunan vəsait autizmli gənclərin reabilitasiyasına xərclənəcək.
Şirkətin daxilində öz işçilərindən ibarət “Yaşıl Komitə” qurulub. Bu komitədə şirkətin bütün işçiləri təmsil olunur. Sözügedən komitə “Yaşıl Strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində həyata keçirilməsini təmin edəcək.
Səbuhi Musayev