Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com-ın məlumatına əsasən, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi “Tofaş” markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.
Bu zaman avtomobildə olan Elçin adlı şəxs avtomobildən düşərək yolu keçmək istəyib.
Nəticədə arxadan yüksək sürətlə gələn və Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu