ÇıxışYolu.Com - Bakıda 20 yaşlı gəncin qanını tökdülər

ÇıxışYolu.Com – Bakıda 20 yaşlı gəncin qanını tökdülər

Baxış sayı: 3. 893 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda 20 yaşlı gəncin qanını tökdülər

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Z. Rüstəmov təcili 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. 

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəblərdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon polis bölməsində araşdırma aparılır.

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu