Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.
Bu barədə ÇıxışYolu.Com-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub.
Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.
Ramella İbrahimxəlilova