ÇıxışYolu.Com - Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb?

ÇıxışYolu.Com – Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb?

Baxış sayı: 3. 223 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb?

Bakıda bədən tərbiyəsi müəlliminin məscid axundunu güllələməsinin səbəbi məlum olub.

Sabunçu rayonunun 15-ci polis bölməsinin əməliyyatçılar martın 31-də  məscid axundu olan qardaşı – 43 yaşlı Hacı Kamran Şamilovu güllələmiş  kişini saxlayıb.

Bu haqda ÇıxışYolu.Com-a Sabunçu Rayon Polis İdarəsindən məlumat veriblər.

Qeyd edək ki, martın 31-də , 16:10 radələrində Bakının Zabrat qəsəbəsində qardaşlar arasında münaqişə yaşanıb. Hüseynbala Şamilov TOZ-34 ov tüfəngindən K.Şamilovu evi qarşısında güllələyib.  Sonuncu döş nahiyəsi və qarnında aldığı iki güllə yarası nəticəsində həyatını itirib.

H.Şamilov cinayət yerindən qaçsa da, tezliklə əməliyyatçılar onu həmin qəsəbədə yerləşən evində saxlayıb. Hüquq mühafizə orqanı əməkdaşları cinayət aləti olan ov tüfəngini müsadirə edib.

İlkin istintaq çərçivəsində saxlanılan şəxs verdiyi ifadədə, qardaşı ilə mübahisənin torpaq sahəsinə görə düşdüyünü bildirib. Onun dediyinə görə, məscid axundu olan K.Şamilov onun torpaq sahəsini mənimsəyib.

Məlum olub ki, axund müsəlmanların müqəddəs yerlərə ziyarətlərin təşkili ilə məşğul olub, qardaşı isə bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı araşdırma davam edir.

Öz növbəsində, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş insidentdə adı dindar, axund kimi keçən Hacı Kamran və Hüseynbala adlı iki qardaş din xadimi deyillər və heç bir rəsmi təyinatları yoxdur.