“Nikon” şirkəti “Nikon 2019” müsabiqəsinin qaliblərini elan edib.
“Prophotos”un verdiyi xəbərə görə, yeddi ildir ki keçirilən müsabiqədə bu dəfə 10 nominasiyada 4359 rusiyalı həvəskar və peşəkar fotoqraf iştirak edib. Müsabiqəyə 27 679 iş təqdim olunub.
“Qran-pri” nominasiyasında Nataliya Andrianova qalib olub. Onun təqdim etdiyi iş – ağ-qara fotoşəkil Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda çəkilib.
Münsiflərin fikrincə, Natalyanın “Nikon D7100” kamerası ilə çəkdiyi monoxrom fotoşəkil azadlığın rəmzidir və o, təxəyyül üçün yeni sərhədlər açır.