Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib.
Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər.
Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər.
Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.
Faktla bağlı araşdırma aparılır.