ÇıxışYolu.Com - Bakıda dəhşətli yanğın

ÇıxışYolu.Com – Bakıda dəhşətli yanğın

Baxış sayı: 3. 110 dəfə baxılıb.

Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, yanğın ərazidəki “Diqlas” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

ÇıxışYolu.Com - Bakıda dəhşətli yanğınÇıxışYolu.Com - Bakıda dəhşətli yanğın