ÇıxışYolu.Com - Bakıda Damla izdihamı

ÇıxışYolu.Com – Bakıda Damla izdihamı

Baxış sayı: 2. 474 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda Damla izdihamı

Sosial şəbəkələrdə müğənni Damlanın pərəstişkarlarının izdihamını əks etdirən görüntülər yayılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, sənətçi bu gün Bakıda mağaza açılışında iştirak edib.

Müğənninin pərəstişkarları göz yaşları içində onunla foto çəkdirməyi xahiş ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyilə Damla avtomobilinə əyləşib, lakin fanatları maşının hərəkətinə mane olublar.

Videoda ən maraqlı məqam gənc qızın ağlayaraq maşına minməsi və Damla ilə selfi çəkdirməsidir.

Sosial şəbəkə istifadəçiləri görüntüləri birmənalı qarşılamayıblar.