ÇıxışYolu.Com – Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi

Baxış sayı: 2. 658 dəfə baxılıb.

Rusiyalı bədii gimnast, Rio Olimpiadasının gümüş mükafatçısı Yana Kudryavtseva qeyri-adi vəziyyətdə zədələnib.

ÇıxışYolu.Com championat.com-a istinadən xəbər verir ki, 21 yaşlı gimnast hokkeyçi əri Dmitri Kuqrışevlə Balidə istirahətdə olduğu zaman dənizdə üzərkən dizindən zədə alıb. 

Bu üzdən o, Almaniyaya gedərək əməliyyat olunub. İndi isə tanınmış gimnastı üç həftə qoltuq ağacı ilə gəzmək, dörd həftə isə bərpa prosesi gözləyir.

Qeyd edək ki, dəfələrlə dünya və Avropa çempionu olmuş Yana Kudryavtseva Bakıda keçirilmiş I Avropa Oyunlarında daha çox azərbaycanlı azarkeşlərin yaddaşında dörd qızıl medal qazanması ilə qalıb.

ÇıxışYolu.Com - Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndiÇıxışYolu.Com - Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi

Səbuhi Musayev