ÇıxışYolu.Com - Bakıda fahişə saxlanıldı

ÇıxışYolu.Com – Bakıda fahişə saxlanıldı

Baxış sayı: 1. 745 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda fahişə saxlanıldı

Bakıda “müştəri”lərin ciblərini “təmizləyən” fahişə saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, əxlaqsızlıqla məşğul olan və şəxsi əmlakın oğurlanmasında ittiham olunan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.  

Polisə müraciət edən dörd şikayətçi R.Zeynalovanın görüşdən sonra onların pullarını oğurlayıb aradan çıxdığını bildirib.

Qadın daha öncə də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Lakin hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı bildirilir.

Qeyd edək ki, 500 manat civarında edilən oğurluq xırda sayılır və buna görə həbs cəzası nəzərdə tutulmur. Belə hallarda inzibati sanksiyalar tətbiq edilir.

Cəmi beş il öncə 100 manat civarında edilən oğurluqlar xırda hesab olunurdu, lakin penitensiar  müəssisələr dolu olduğundan cəza siyasətinin humanistləşdirilməsi çərçivəsində respublikanın cinayət məcəlləsinə müəyyən dəyişikliklər edilib.

Ramella İbrahimxəlilova