Bu gün başlanan güclü külək Bakıda fəsadlar törədib.
ÇıxışYolu.Com xəbər verir ki, paytaxtın Ə.Haqverdiyev küçəsi 11, Mərkəzi Dənizçilər Xəstəxanası yaxınlığında külək nəticəsində ağacların budaqları sınıb və yola düşüb.
Budaqların ərazidən təmizlənməsi üçün aidiyyəti qurumlar cəlb olunub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Samir İsayev