Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində özünəqəsd hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Asəf oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib.
Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona birinci və ikinci qabırğanın, qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.
Analoji hadisə Bakının Pirşağı kəndində Həsən Əliyev küçəsində baş verib. 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu özünə bıçaqla xəsarət yetirib.
Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyata alınıb. Vəziyyəti orta-ağırdır.
Hər iki hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu