Bakının “Şamaxinka” adlanan ərazisində sürücü ilə 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü arasında dava yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Fira kimi tanınan aparıcı Firuzə Cəlilova şəxsi “İnstagram” hesabında baş verən hadisə ilə bağlı video paylaşıb.
Cəlilova yayımladığı videoya şərh olaraq yazıb ki, mayın 31-də saat 20:30 radələrində yaşanan hadisə zamanı minik maşının sahibi avtobus sürücüsünü yol verməməkdə ittiham edərək, soyuq silahla onun üstünə hücum çəkib, nalayiq ifadələrdən istifadə edərək cəmiyyət içərisində onun şərəf və ləyaqətini alçaldıb.
Fira onu da qeyd edib ki, avtobus sürücüsünə dəstək olmaq və münaqişənin sülh yolu ilə həll olunmasına cəhd göstərən “Bakubus” MMC-yə məxsus avtobusun sürücüsü də təhqirlərə məruz qalıb. Məsələ o həddə gəlib ki, qəzəbli sürücü yanğınsöndürən balonla “Bakubus”un sürücünə xəsarət yetirmək istəyib. Lakin ətrafdakı insanların məsələyə vaxtında müdaxiləsi təhlükəni sovuşdurub.
Rəşad Əliyev