ÇıxışYolu.Com - Bakıda keçmiş məhkum iki bacısını öldürdü

ÇıxışYolu.Com – Bakıda keçmiş məhkum iki bacısını öldürdü

Baxış sayı: 2. 212 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda keçmiş məhkum iki bacısını öldürdü

Bakı Apellasiya Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü M.Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.Əlimanov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.