Bakıda kişi öz boğazını kəsib.
Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.
Məlumatı ÇıxışYolu.Com-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.
İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.
Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin “Boğuluram!” – deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.
R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.
O, “8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.
Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.
Ramella İbrahimxəlilova