ÇıxışYolu.Com - Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi

ÇıxışYolu.Com – Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi

Baxış sayı: 2. 064 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. 

Hökmə əsasən, T. Qurbanov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.

Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.