Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından bildirilib.
Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.
E.Rzayev nömrəsi bilinməyən “Audi Q7” markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.
Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.
Hazırda polis əməkdaşları axtarışları davam edir.
Ramella İbrahimxəlilova