Bu gün Bakı şəhərinin Xəzər rayonunda mənzil yanıb.
ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi ümumi sahəsi 120 kvm olan birmərtəbəli 4 otaqlı evdə baş verib.
Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.