ÇıxışYolu.Com - Bakıda məşhurların iştirakı ilə dəb həftəsi

ÇıxışYolu.Com – Bakıda məşhurların iştirakı ilə dəb həftəsi

Baxış sayı: 3. 377 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda məşhurların iştirakı ilə dəb həftəsi

“Daş salnamə” muzeyində “Azerbaijan Fashion Week” (Azərbaycan Moda Həftəsi) başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, üç gün davam edəcək tədbirdə xarici, eləcə də, yerli kreativ və istedadlı dizaynerlərin hazırladığı geyim kolleksiyaları təqdim olunur.

Bir çox məşhur modellərin iştirakı ilə keçən tədbir “Azerbaijan Fashion Week”in sayca doqquzuncu mövsümüdür. 

İlk gün tamaşaçılara yerli və xarici brendlərin yeni kolleksiyaları nümayiş olunub.

Podiuma sıravi modellərlə yanaşı, “Best model of Azerbaijan”ın qalibləri də çıxıblar.

Onlar məşhur brendlərə məxsus geyimləri sərgiləyiblər.

Məşhur modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova hazırladığı yeni kolleksiyasını dəbin sehrinə toplaşanlara təqdim edib. Gecədə dəbsevərlərin diqqətini al-əlvan rənglərdə hazırlanan libaslar və naxışlarla bəzədilmiş printli geyimlər cəlb edib.

Rəşad Əliyev