ÇıxışYolu.Com - Bakıda motosiklet avtomobillə toqquşdu

ÇıxışYolu.Com – Bakıda motosiklet avtomobillə toqquşdu

Baxış sayı: 2. 018 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda motosiklet avtomobillə toqquşdu

Xəzər rayonunda motosiklet avtomobilə çırpılıb, sürücü ağır xəsarət alıb.

ÇıxışYolu.Com xəbər verir ki, 1952-ci il təvəllüdlü Samonin Qriqori Pavloviç Mərdəkan yolunda idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə motosiklet minik avtomobilinə çırpılıb. Qəza zamanı motosikletin sürücüsü ağır xəsarət alıb.

Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona baş-beyin silkələnməsi, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub.

Qriqori Samonin təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu