Sabunçu rayonunda 39 yaşlı kişi bıçaqlanıb.
ÇıxışYolu.Com bildirir ki, hadisə Vəzirov küçəsində baş verib. 1980-ci il təvəllüdlü Şarov Aleksandr Vladimiroviç yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. A.Şarova qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu