Novruz yüzilliklərdən keçərək bu günə qədər gəlib çıxmış ən gözəl bayramlardan biridir.
Bu bayram bir çox türk və müsəlman ölkələrində, həmçinin Orta Asiya Respublikalarında və Azərbaycanda qeyd edilir.
Novruz baharın gəlişindən xəbər verir. İnanclara görə Novruz insana və təbiətə həyat verən dörd ünsurun – suyun, odun, yelin və torpağın isinməsi deməkdir.
Novruz bayramını insanlar müxtəlif adət-ənənələrlə qeyd edirlər. Bir qayda olaraq insanlar bu gün tonqal üstündən atlanır, yumurta döyüşdürur, tüfəngdən atəş açır.
Novruz çərşənbələrində və bayram günü insanlar adətən böyük tonqal qalayaraq onun ətrafına toplanırlar. Qədimdən qalan bu adət indi də davam etdirilir.
Baku TV-nin operatoru bayram günündə şəhərdə qalanan bir neçə tonqalı kameranın yaddaşına yazıb.
Həmin, şərhsiz kadrları sizə təqdim edirik: