ÇıxışYolu.Com - Bakıda oğul anasını amansızlıqla öldürdü

ÇıxışYolu.Com – Bakıda oğul anasını amansızlıqla öldürdü

Baxış sayı: 2. 770 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda oğul anasını amansızlıqla öldürdü

Sabunçu Rayonu Polis İdarəsinin əməkdaşları dəhşətli qətlin üstünü açıblar.

Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, 50 yaşlı Nardaran sakini Bağırov Tahir Cəfər oğlu 77 yaşlı anası Bağırova Rübabə Cəbrayıl qızını evində öldürüb və yandırıb.

Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər.

Hadisədən sonra T.Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub. Məlumdur ki, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyirdi. Lakin R.Bağırova razı olmayıb. Bundan qəzəblənən T.Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.

Qeyd edək ki, T.Bağırovun atası bir müddət əvvəl dünyasını dəyişib, və ana torpağın yeganə sahibi idi.