Sabunçu rayonunda oğul anasına xəsarət yetirib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Zabrat 1 qəsəbəsində baş verib. Oğul öz anası, 1981-ci il təvəllüdlü Fətəliyeva Leyla Xalis qızına bıçaqla xəsarət yetirib.
Əlindən yaralanan L.Fətəliyeva dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, hadisə ana və oğlu arasında yaranan mübahisə zamanı baş verib.
Hadisənin təfərrüatı Sabunçu polisi tərəfindən araşdırılır.
Kamil Əmirli, Elşad Mətləboğlu