Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə 8-ci km-də qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Viktoriya yaşadığı evdə bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Daha bir hadisə Bakının Səbail rayonunda baş verib.
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Bayramov Vüqar Tariyel oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Elşad Mətləboğlu