ÇıxışYolu.Com - Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb

ÇıxışYolu.Com – Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb

Baxış sayı: 3. 264 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda qazanxanadan 135 min manatlıq avadanlıq oğurlanıb

Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib. Zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qismini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.