ÇıxışYolu.Com - Bakıda reyd: sərxoş sürücülər saxlanıldı

ÇıxışYolu.Com – Bakıda reyd: sərxoş sürücülər saxlanıldı

Baxış sayı: 2. 575 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda reyd: sərxoş sürücülər saxlanıldı

Bakının mərkəzi ilə yanaşı, Sabunçu, Xəzər, Xətai və Pirallahı rayonlarında ictimai təhlükəsizliyin daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə profilaktik-maarifləndimə tədbirləri keçirilib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Keçirilən tədbirlər zamanı Bakı şəhərinin mərkəzi küçələrində avtomobili sərxoş halda idarə edən sürücülər saxlanılıb. Onlar barəsində inzibati protokollar tərtib edilib, avtomobillər isə cərimə meydançasına yerləşdirilib.

Reyd zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə profilaktik söhbət aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.