Martın 27-də Bakıda 138 nömrəli məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsinin döyülməsinin bəzi təfərrüatı məlum olub.
ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, 11-ci sinif şagirdi stajordan məktəbdə siqaret çəkməməsini xahiş edib.
Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib.
Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib.
17:33
Bakıda məktəbdə şagirdlər müəllimi döyüblər.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə bu gün 138 saylı tam orta məktəbdə baş verib.
Bir neçə şagird birləşərək ingilis dili müəllimini döyüblər.
Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a bildirilib ki, hadisə bu gün baş verib:
“Müəllim xəsarət alıb. Nəticədə məktəbə təcilli tibbi yardım çağırılıb. Onun həyatı üçün təhlükə yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır”.
İlhamə Əbülfət