Naməlum şəxslər Bakının Yasamal rayonunda seyfdən iri məbləğdə pul oğurlayıblar.
Cinayət axtarış şöbəsinin əməkdaşları Abbas Mirzə Şərifzadə küçəsində yerləşən avtoservisdə törədilmiş oğurluq hadisəsini araşdırırlar.
Bu barədə ÇıxışYolu.Com-a Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər. Cinayətkarlar qapının qıfılını sındıraraq profilaktoriyaya giriblər.
Obyektin sahibi 1944-cü il təvəllüdlü Əliabbas Qasımov polisə şikayətlə müraciət edib. O bildirib ki, cinayətkarlar tikinti aləti – “laqonda” ilə seyfi açıblar.
Cinayətklarlar 160×50 santimetr ölçüsündə olan seyfdən 34 min manat oğurlayıblar. Fakt üzrə şübhəlilər hələ tutulmayıb. 28-ci Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.
Servis işçilərindən birinin oğurluqda iştirak etdiyi güman edilir.
Ramella İbrahimxəlilova