Bu gün saat 04-05 radələrində Bakı-Qazax yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə redaksiyamıza göndərilən məlumatda bildirilir.
Məlumata əsasən, arxadan gələn “Opel” markalı avtomobil “Shacman” markalı yük maşınına dəydikdən sonra sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını körpünün dayaqlarından birinə çırpılıb.
Xəsarət alan yoxdur.