Bakıda üzərində qanunsuz olaraq tapança gəzdirən şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.
Nəticədə, əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, bir ədəd patron darağı və dörd ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 5-ci polis bölməsində H.Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.