ÇıxışYolu.Com - Bakıda silahlı şəxs saxlanıldı

ÇıxışYolu.Com – Bakıda silahlı şəxs saxlanıldı

Baxış sayı: 2. 688 dəfə baxılıb.

Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd  “Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus iki ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. A.Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.