ÇıxışYolu.Com - Bakıda su kəmərində qəza

ÇıxışYolu.Com – Bakıda su kəmərində qəza

Baxış sayı: 4. 890 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda su kəmərində qəza

Binəqədi və Nərimanov rayonlarına içməli suyun verilməsində fasilə yaranıb

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə  “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.