Bakıda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Nasim Məmmədov idarə etdiyi 90-ZE-899 dövlət nömrə nişanlı, “Toyota Corolla” markalı minik avtomobili ilə Azadlıq prospektində işıqforun qırmızı işığından keçərək yoluna davam edib.
Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığından keçən və Hafiz Məhəmmədovun idarə etdiyi 99-MM-449 dövlət qeydiyyat nişanlı, “Infiniti” markalı avtomobilə çırpılıb.
Zərbənin gücündən “Toyota” yol kənarındakı təhlükəsizlik kamerasının dirəyinə dəydikdən sonra dayanıb.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillər isə deformasiyaya uğrayıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Kamil Əmirli
Elşad Mətləboğlu