ÇıxışYolu.Com - Bakıda yaşayış binası yanır

ÇıxışYolu.Com – Bakıda yaşayış binası yanır

Baxış sayı: 2. 419 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda yaşayış binası yanır

Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 10 nəfərə tibbi yardım göstərilib. 

Bununla bağlı ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

“Onlardan dördü uşaqdır. Onlar tüstüdən zəhərlənib və yerində tibbi yardım göstərilib”, – deyə məlumatda bildirilib. 

Qeyd edilib ki, hadisə yerinə beş təcili yardım briqadası göndərilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, binada elektrik kabellərində tüstülənmə var.

13:55

Bakıda yaşayış binası yanır. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yerləşdirilib. 

Bildirilib ki, yanğın “Qoşa Park” yaşayış kompleksində qeydə alınıb.

Samir İsayev