Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
Report-un verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yataqxana sakinlərindən ikisi, Surxay Əliyev və Elza Əliyeva ölüb. Onların ər-arvad olduğu bildirilir.
Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.
01:01
Bakının Nərimanov rayonunda yerləşən yataqxana binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Malik Məmmədov 12 ünvanında yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində saat 23:30 radələrində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım maşınları cəlb edilib.
Yanğın söndürülüb.
Yanğın nəticəsində xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.