Dünən Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Bu barədə ÇıxışYolu.Com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, saat 17:00 radələrində Binə Atçılıq massivində 2004-cü il təvəllüdlü H.T. qarın nahiyəsindən bıçaq xəsarətləri alıb.
Onu 5 nömrəli şəhər kliniki xəstəxanasına çatdırıblar.
Xəzər rayonu Polis İdrəsinin 2-ci Polis Bölməsinin əməliyyatçılarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Cinayəti törədən şəxs 2003-cü il təvəllüdlü B.V.-dır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ramella İbrahimxəlilova