“Barselona” və “Napoli” arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin “Miçiqan” stadionunda baş tutan görüşdə İspaniya klubu İtaliya komandasını darmadağın edib. Belə ki, oyun 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.
Azarkeşlər birinci taymda qol görməsələr də, oyunun ikinci hissəsində “Barselona” oyunçuları rəqibin qapısından ardarda 4 qol keçiriblər. Hesabı görüşün 48-ci dəqiqəsində Luis Suares açıb. O dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Qeyd edək ki, bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.