ÇıxışYolu.Com – “Barselona”nın sabiq futbolçusunun ayağı sındı

Baxış sayı: 2. 051 dəfə baxılıb.

İngiltərə Premyer Liqasının Liverpul şəhərində keçirilən “Everton” – “Totenhem” görüşündə xoşagəlməz hadisə baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, görüşün 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Andre Qomişin ayağı sınıb. London klubunun cənubi koreyalı futbolçusu Hın-Min Sonun sürüşmə hərəkəti Portuqaliya millisinin mərkəz yarımmüdafiəçisinin ayağının sınmasına səbəb olub.

Baş hakim Martin Atkinson əvvəlcə asiyalı futbolçuya sarı vərəqə vermək istəsə də, rəqib oyunçunun ciddi xəsarət aldığını görüb ona birbaşa qırmızı vərəqə göstərib. Hın-Min Son isə “Barselona”nın sabiq futbolçusuna qarşı etdiyi hərəkətə görə başını tutub, ağlamaq istəyib. “Totenhem”in Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi Serj Orye isə rəqib futbolçunun xəsarətinin ciddi olmaması üçün əlini açıb dua oxuyub.

Görüş bu xoşagəlməz hadisəyə görə təxminən 10 dəqiqə dayanıb. Andre Qomiş meydançadan xərəklə aparıldıqdan sonra oyun davam etdirilib.

Qeyd edək ki, Martin Atkinson bu hadisəyə görə oyuna 12 dəqiqə əlavə edib. Məhz 90+7-ci dəqiqədə “Everton”un türkiyəli hücumçusu Cenk Tosun başla qol vuraraq hesabı bərabərləşdirib – 1:1.

Səbuhi Musayev