Azərbaycan Premyer Liqasinda XXIV tura yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Autsayder “Keşlə” evdə “Qəbələ”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.
“Neftçi” isə səfərdə “Səbail”in qonağı olub. Bayıldakı “ASCO Arena”da keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşün son dəqiqələri dramatik alınıb. Belə ki, Maykl Esyenli meydan sahibləri hesabda 2:1 öndə olsa da, flaqman görüşə əlavə olunmuş 5-ci dəqiqədə bərabərlik qolunu vurub. Qolu “Neftçi”nin mərkəz müdafiəçisi Mamadu Mboc başla rəqib qapısından keçirib.
Bundan sonra isə oyun başa çatdırılıb. Bu, “Səbail” futbolçularının narazılığına səbəb olub.
Baş hakim Səbuhi Bayramov sərt şəkildə etiraz edən “Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbkanı ikinci sarı vərəqə ilə meydandan qovub. Nəticədə aranı sakitləşdirmək üçün polis meydana daxil olub.
“Neftçi”nin xal itirməsindən sonra “Qarabağ” iki xal fərqlə vahid lider olub.
Səbuhi MUSAYEV
FOTO: Sail Ağasəlim