Bakının Səbail rayonunda 39 yaşlı kişini avtomobil vurub.
ÇıxışYolu.Com xəbər verir ki, Dövlət Bayrağı Meydanının yaxınlığında minik avtomobili yolu keçmək istəyən piyada, 1980-ci il təvəllüdlü Nəsirov Malik Koroğlu oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sağ təpə nahiyəsinin və dizin əzilmiş yarası diaqnozu qoyulub.
M.Nəsirova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.
Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu