Dünya şöhrətli veteran futbolçu Devid Bekhemin 7 yaşlı qızı Harperi dodağından öpməsi ona baha başa gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, D.Bekhem qızı ilə birgə İngiltərə komandasını dəstəkləmək üçün Fransada təşkil edilən qadınlar arasında Dünya Kubokunun 1/4 final oyununa baxmağa gəlib.
İngilislər qalib qələrək yarımfinala vəsiqə qazansa da, hər kəsin diqqətini Devidin qızı ilə öpüşməsi cəlb edib.
Belə ki, paparatsilər ulduz futbolçunun qızını dodağından öpməsi anını lentə alıblar. Bu foto isə gündəmi alt-üst edib. Sosial şəbəkə izləyiciləri Devidin bu hərəkətindən qəzəblənərək, onu tənqid atəşinə tutublar. Digər izləyicilər isə məşhur futbolçunun müdafiəsinə qalxaraq, şəkildə atanın qızına sadəcə nəvaziş göstərdiyini yazıblar.
Qeyd edək ki, D.Bekhem bundan əvvəl də “Instagram” hesabında qızının dodağından öpən yerdə şəklini çəkərək izləyiciləri ilə bölüşüb. Onun bu fotoları saysız-hesabsız mənfi şərhlərlə qarşılanır.
Rəşad Əliyev