Futbolçu karyerasını başa vurduqdan sonra ailəsi ilə birlikdə Londona köçən Devid Bekham ABŞ-la əlaqələrini tam kəsməyib.
ÇıxışYolu.Com xəbər verir ki, ulduz oyunçu yenidən iki qitə arasında var-gəl etmək məcburiyyətində qalacaq.
Səbəb isə Devidin sahib olduğu və gələn ildən fəaliyyətə başlayacağı “İnter-Mayami” klubudur.
2021-ci ildə isə hazırda tikintisi yüksək sürətlə davam etdirilən klubun ev stadionu istismara veriləcək.
Tikinti işlərinin hansı mərhələdə olduğunu və necə getdiyini görmək üçün Devid ailəsi ilə birlikdə kluba baş çəkib.
Bununla yanaşı, məşhur futbolçu ailəsi ilə bərabər istirahətə də zaman ayırıb. Akva-parkda əylənib, yaxta gəzintisinə çıxan ulduzlar ailəsi dünya şöhrətli müğənnilər Mark Entoni və Eva Lanqori ilə görüşüb, birlikdə zaman keçiriblər.
Devid və həyat yoldaşı Viktoriya Bekhem şəxsi “İnstagram” hesablarında istirahətdən olan görüntüləri izləyiciləri ilə paylaşmağı unutmayıblar.
Hər zaman diqqət mərkəzində olmağı bacaran məşhur ailə bu dəfə də nəzərdən kənar qalmayıblar.
Rəşad Əliyev