Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında “Avropa Açıq Kuboku” uğrunda yarış keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan və digər ölkələrin ən güclü gənc cüdoçuları mübarizə aparır.
Ümumilikdə Berlin yarışında 39 ölkədən 470 cüdo ustası iştirak edir.
Avropa kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar.
Həlledici qarşılaşmada qələbə qazanan Əhməd Yusifov “Berlin-2019”un qalibi olub.
Rövşən Əliyev isə gümüş medala layiq görülüb.
Səbuhi Musayev